Dünən keçirilən oyundan sonra Milli Hokkey Liqasının bombardirlər yarışında lider dəyişib. “Kolorado Evelanş” komandasının kapitanı Natan Makkinnon “Filadelfiya Flayers”lə oyunda 4 xal toplayıb.

7:3 hesabı ilə bitən qarşılaşmada 28 yaşlı hokkeyçi 2 qoldan əlavə , 2 dəfə də asist edib. Bununla da o, göstəricilərini 78(26+52)-ə çatdırıb. Makkinnon bu qədər xalı 47 oyunda yığmağı bacarıb.

Ona qədər lider rusiyalı Nikita Kuçerov idi. Tampa komandasının lideri 45 oyunda 75 xal toplayıb. Kuçerovun aktivində 28 qol və 47 asist var.

Snayperlərin mübarizəsində hələlik 3-cü yerin sahibi David Pastrnakdlr. 27 yaşlı çexiyalı hokkeyçi 64 xal toplayıb. “Boston Bryuins”in lider 29 qol və 35 asistə malikdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp