Azərbaycan Basketbol Federasiyası və Gəncə-Daşkəsən Regional Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Gəncə Basketbol Liqasında mübarizə davam edir. Yarışda 5 komanda iştirak edir.

Liqanın oyunları ATU-nun idman zalında keçirilir. Müxtəlif idarə və təşkilatları təmsil edən kollektivlərin qatıldığı liqada turnirə ev sahibliyi edən texnologiya universitetin komandası da qüvvəsini sınayır.

Oyunlar dairəvi sistem üzrə olmaqla hər həftə keçirilir. 5 aya yaxın müddətdə davam edəcək Gəncə Basketbol Liqasına mayda yekun vurulacaq. Yarışın qalibi olacaq komanda medal və kubokla təltif ediləcək.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Shares: