“Qarabağ”ın sabiq futbolçusu Kvabena Ovusu yenidən komandasını dəyişməyə hazırlaşır.
Futbolinfo.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, ötən ilin yanvarında Azərbaycan çempionundan “Ferensvaroş”a keçən 26 yaşlı forvard indi də oranı tərk etmək üzrədir.
Qanalı oyunçu yenidən karyerasını Türkiyədə davam etdirməyi planlaşdırır. Çünki Superliqa təmsilçisi “Sivasspor” onu heyətinə qatmaq istəyir. Hazırda klublar arasında danışıq gedir. Hətta “Ferensvaroş” rəhbərliyi transferin reallaşmaq ehtimalının yüksək olduğunu nəzərə alaraq, Ovusunu İspaniyadakı qış təlim-məşq toplanışına aparmayıb.
Qeyd edək ki, Kvabena Ovusu “Qarabağ”da olarkən 2021-22 mövsümünü icarə əsasında Türkiyə klubu “Ankaragücü”də keçirib.