“Hər iki komandanın fərqlənmək üçün imkanları oldu. Birinci hissədə biz daha fəal idik. Qalib gəlmək istəyirdik. Bunun üçün sona kimi mübarizə apardıq. Rəqib də çox istəkli idi. Sonda heç-heçə qeydə alındı. Fikrimcə, nəticə ədalətli idi” – bunu futbolinfo.az-a açıqlamasında “Sabah”ın müdafiəçisi Sofian Çakla deyib.

O, Misli Premyer Liqasının 19-cu turunda “Neftçi” ilə 0:0 etdikləri matçdan söz açıb: “Bu oyun artıq geridə qaldı. İndi bu matç unudub qarşıdakı oyunlarımıza köklənməliyik. İndi bizi qələbədən başqa heç bir nəticə qane edə bilməz. Mental olaraq yalnız buna köklənməliyik”.

Legioner komandanın hazırlığından da danışıb: “Əlbəttə, hazırkı vəziyyəti dəyişməliyik. Hazırda komandada hamı bunu başa düşür, məşqlərdə maksimumunu ortaya qoyur. İnanıram ki, qarşıdakı oyunlarda vəziyyəti xeyrimizə dəyişə biləcəyik”.

Çakla qarşıdakı turda “Zirə”yə qarşı matçda qələbə qazanmaq istədiklərini də sözlərinə əlavə edib: “Bayaq da dediyim kimi, biz bütün oyunlarımıza yalnız qələbə üçün çıxırıq. Bizi çətin səfər oyununun gözlədiyini bilirik. Lakin bu qarşılaşmada da meydana qələbə üçün çıxacağıq. İnanıram ki, müsbət nəticə ilə azarkeşlərimizi sevindirəcəyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp