Afrika Millətlər Kubokunda III turun oyunları keçirilir. Artıq 2 qrupda mübarizə başa çatıb.

“Qarabağ”ın futbolçusu Patrik Andradenin formasını geyindiyi Kabo-Verde yığması növbəti mərhələyə adlamağı bacarıb. Bu komanda son turda Misirlə 2:2 hesablı heç-heçə sayəsində qrup birincisi olub. Kabo-Verde yığması B qrupunu 7 xalla lider bitirib.

Andrade bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan yarımmüdafiəçi 70-ci dəqiqədə əvəzlənib.

Qrupun digər oyununda da eyni hesab qeydə alınıb. Qana 2:0 hesabı ilə üstün olduğu qarşılaşmaya əlavə olunan dəqiqələrdə Mozambikin cavab qollarını vurmasına mane ola bilməyib. Bu isə zədəli Məhəmməd Salahın kömək edə bilmədiyi misirliləri qrup ikinisi edib.

Shares: