Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Futbolinfo.az xəbər verir ki, günün ilk qarşılaşması “Murov Az Terminal” və “Gəncə” komandaları arasında olub.

GİN-in Voleybol Mərkəzində təşkil olunan matç “Murov Az Terminal” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun növbəti oyununda isə “Milli Aviasiya Akademiyası” və UNEC komandaları üz-üzə gəliblər. UNEC-in idman zalında baş tutan görüş Vüqar Əliyevin yetirmələrinin 3:0 hesablı qələbəsi ilə bitib.

10-cu turun və 2-ci dövrənin son qarşılaşması yanvarın 25-də “Abşeron” və “Azərreyl” arasında olacaq.

Beləliklə, “Murov Az Terminal” 23 xalla (8 qələbə) turnir cədvəlinə liderlik edir. “Azərreyl” 22 xalla (7 qələbə) 2-ci, “Abşeron” 20 xalla (7 qələbə) 3-cü, “Gəncə” 13 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 9 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

“Murov Az Terminal” – “Gəncə” 3:0 (25:15, 25:21, 25:17)
“Milli Aviasiya Akademiyası” – UNEC 3:0 (25:20, 25:7, 25:10)

Shares: