Fil Dişi Sahili millisinin baş məşqçisi Jan-Luis Qasset istefaya göndərilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Fil Dişi Sahili Futbol Federasiyasının saytı məlumat yayıb.

Komandanın Afrika Millətlər Kubokunda zəif nəticələrə görə bu qərar verilib.

Jan-Lui Qasset 2022-ci ilin mayından Fil Dişi Sahili millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2024-cü il Afrika Millətlər Kubokunda 3 xal toplayaraq A qrupunda 3-cü yeri tutub. Milli hələ də üçüncü yeri tutan komandaların reytinqi sayəsində Afrika Kubokunun pley-off mərhələsinə yüksələ bilər.

Shares: