Afrika Futbol Konfederasiyasının (CAF) mətbuat xidməti Afrika Millətlər Kubokunun qrup mərhələsi üçün rəmzi komandanı dərc edib. Ən yaxşı 11 oyunçu sırasında Mərakeşdən 4, Seneqaldan 3, Ekvatorial Qvineyadan 2, həmçinin Konqo Demokratik Respublikası və Anqoladan 1 oyunçu var.
Qrup mərhələsinin simvolik komandası belədir:
qapıçı: Xesus Ovono (Ekvatorial Qvineya);
müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş), Kalidu Kulibali (Seneqal), Naif Ager (Mərakeş), Artur Masuaku (DR Konqo);
yarımmüdafiəçilər: Sofyan Amrabat (Mərakeş), Azzeddin Unai (Mərakeş), Lamine Kamara (Seneqal);
hücumçular: Yasinto Dala (Anqola), Emilio Nsue (Ekvatorial Qvineya), İsmaila Sarr (Seneqal).
Xatırladaq ki, 2024-cü il Afrika Millətlər Kuboku Kot-d’İvuarın beş şəhərində (Abidjan, Buake, Korhoqo, San Pedro, Yamoussoukro) keçirilir. Turnirin hazırkı sahibi Seneqal komandasıdır.