“Mançester Siti” futbolçusu Kalvin Filipsi icarəyə verib.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını “Vest Hem”də davam etdirəcək. Bu barədə klubun saytı məlumat yayıb.
Onunla bu mövsümün sonunadək müqavilə imzalanıb. Sözləşməyə birdəfəlik satın alma variantı da daxildir.
Kalvin 2022-ci ilin yayından “Mançester Siti”nin futbolçusudur. O, bu mövsüm “şəhərlilər”in heyətində 10 matça çıxıb, 1 qol vurub.