Bu mövsümdən etibarən Peşəkar Futbol Liqası və “Misli” “Ayın qolu” layihəsinə start verib.

Futbolinfo.az xəbər verir ki, Layihə çərçivəsində ayın ən gözəl qolunu vurmuş futbolçu PFL və “Misli” tərəfindən mükafatlara layiq görülür.

PFL-in feysbuk sosial şəbəkəsində keçirilən müsabiqədə azarkeşlər tərəfindən dekabr ayının ən gözəl qolu Turan Manafovun “Sabah”a vurduğu qol seçilib.

“Sumqayıt”la oyundan əvvəl mükafat futbolçuya Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov tərəfindən təqdim olunub.

Qeyd edək ki, Turan Manafov bu mükafatı ikinci dəfə qazanıb.

Shares: