Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, bu görüşlər iki günü əhatə edəcək.
Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını açıqlayıb.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
30 yanvar (çərşənbə axşamı)
“Səbail” – “Zirə” – 6 oyun, +0=1-5, top fərqi – 3-12
Dördüncü dəfə yolları kəsişən komandaların bütün duellərində “Zirə” yarımfinala adlayıb. “Səbail” əvvəlki matçlarda qələbə qazanmayıb.
2018/19 | 1/4 final | Zirə (Bakı) – Səbail (Bakı) | 1:0, 3:2 |
2019/20 | 1/4 final | Səbail (Bakı) – Zirə (Bakı) | 0:0, 0:1 |
2021/22 | 1/4 final | Zirə (Bakı) – Səbail (Bakı) | 4:0, 3:1 |
“Sabah” – “Qarabağ” – indiyədək qarşılaşmayıblar
31 yanvar (çərşənbə)
“Araz-Naxçıvan” – “Qəbələ” – 1 oyun, +0=0-1, top fərqi – 0-5
Ötən mövsüm baş tutan yeganə dueldə “Qəbələ” qalib gəlib. “Araz-Naxçıvan” bu matçda qol vurmayıb.
2022/23 | 1/8 final | Qəbələ – Araz-Naxçıvan | 5:0 |
“Sumqayıt” – “Neftçi” – 4 oyun, +2=1-1, top fərqi – 3-1
“Sumqayıt” əvvəlki duellərin ikisində də mərhələ adlayıb. Baş tutan dörd qarşılaşmada qol vuran komana qalib gəlib.
2018/19 | 1/4 final | Neftçi (Bakı) – Sumqayıt | 0:2, 1:0 |
2019/20 | 1/4 final | Neftçi (Bakı) – Sumqayıt | 0:1, 0:0 |