Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa” hücum xəttini gücləndirib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi PSJ-dən Şer Nduru icarəyə götürüb. Müqavilədə satınalma şərti yoxdur.

Hücumameyilli yarımmüdafiəçi Paris klubunda 10 nömrəli formada çıxış edəcək.

19 yaşlı italiyalı futbolçu 2023-cü ilin avqustundan PSJ-nin üzvüdür.

“Qarabağ”la “Braqa” arasındakı ilk görüş fevralın 15-də Portuqaliyada, cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp