Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ötən gecə daha 2 görüş baş tutub.
“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin formasını geyindiyi Kabo Verde yığması Mavritaniya ilə qarşılaşmadan qalib ayrılmaqla 1/4 finala yüksəlib. Patrik bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Meydan sahibi Kot-d’İvuar isə Seneqalla oyunu penaltilərə qədər daşıyıb və yekunda qalib gəlib.
Afrika Millətlər Kuboku
1/8 final
27 yanvar
Anqola – Namibiya 3:0
Qollar: Jelson Dala, 38; 42. Mabululu, 66.
Nigeriya – Kamerun 2:0
Qollar: Lukman, 36; 90.
28 yanvar
Ekvatorial Qvineya – Qvineya 0:1
Qol: Bayo, 90+8.
Misir – Konqo DR 1:1 (penaltilər 7:8)
Qollar: M.Məhəmməd, 45+1-pen – Elia, 37.
29 yanvar
Kabo Verde – Mavritaniya 1:0
Qol: R.Mendes, 88-pen.
Seneqal – Kot-d’İvuar 1:1 (penaltilər 4:5)
Qollar: Diallo, 4 – Kessye, 86-pen.
30 yanvar
21:00. Mali – Burkina Faso
00:00. Mərakeş – Cənubi Afrika