“Gəncə” voleybol klubu barbadoslu oyunçu Tatyana Şonte Sil ilə güclənib.

Futbolinfo.az xəbər verir ki, voleybolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

O, ötən mövsümü ABŞ-ın “Norfolk State University” klubunda keçirib.

Gəncə təmsilçisi bir müddət əvvəl ABŞ voleybolçusu Vanessa Elena Qarsianı da heyətinə qatmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp