“Nottingem Forest” heyətini iki yeni futbolçu ilə gücləndirir. “Meşəbəyilər” hər iki oyunçunu icarəyə götürür.
Futbolinfo.az xəbər verir ki, Rodriqo Ribeyro “Sportinq”i tərk edərək İngiltərəyə yollanıb. Portuqaliya klubu 18 yaşlı yetirməsini satmaq niyyətində deyil. Yarımmüdafiəçi yaya kimi icarədə olacaq. Daha sonra 12-13 milyon avroluq transfer qiymətinin müzakirəsi aparılacaq.
“Nottingem Forest”in digər yeni oyunçusu Covanni Reyna olacaq. ABŞ millisinn 21 yaşlı yarımmüdafiəçisi Dortmund “Borussiya”sına məxsusdur. Almanlar 2025-ci ilin yayınadək müqaviləsi olan oyunçunu satmağı qətiyyən düşünmür.