“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:

“Çətin oyun oldu. Son üç gündə demək olar ki, məşqşi heyəti olaraq stressdəydik. Qrip virusuna yoluxmuşduq. Çətinliklərimiz oldu. Orta xətt bu gün bizi qane etdi. Əsasən də irəliyə oynayan futbolçularımız. İstəyərdik ki, qalib gələk. Amma alınmayanda, alınmır. Hücumda olan gedişlar alınmadı. Üzülməyə dəyməz. Hər şey irəlidədir, heç nə bitməyib. İkinci hissə Qəbələdə olacaq. Heyətimiz geniş deyil. Oyundan-oyuna komandanı daha yaxşı etmək istəyirik. Düşüncələrimiz oyunlar, nəticə qazanmaqdır. Hər matça nəticə üçün çıxırıq”.

Shares: