“Turan Tovuz”un futbolçusu Budaq Nəsirov komandadan uzaqlaşdırılıb. Məşqçilər korpusu 27 yaşlı yarımmüdafiəçinin əsas kollektivdən kənarda qalmasını qərara alıb.
Buna səbəb oyunçunun əvəzedicilərin çempionatında, “Səbail-2” ilə matçda komanda yoldaşını vurması olub. Onun klubla müqaviləsinə xitam verilməsi də istisna deyil (Report).
Qeyd edək ki, AFFA İntizam Komitəsi təcavüzkar davranışa görə Budaq Nəsirova 4 oyunluq cəza verib.