Səudiyyə Ərəbistanında yerli “Əl-Nəsr”lə ABŞ-nin “İnter Mayami” klubu arasındakı yoldaşlıq görüşü qonaqların darmadağını ilə bitib. Asiya təmsilçisi rəqibinin qapısından 6 cavabsız qol keçirib.
Futbolinfo.az xəbər verir ki, oyunda Taliska het-trikə (10, 51-p., 76) imza atıb. Onunla yanaşı Otavio (3), Laporte (12), Marran (68) fərqləniblər.
Zədə səbəbindən “Əl-Nəsr”in heyətində Kriştianu Ronaldu görüşdə iştirak etməyib. “İnter Mayami”də isə Lionel Messi yalnız qarşılaşmanın 83-cü dəqiqəsində meydançaya çıxıb.