Basketbol üzrə Avroliqa turnirində 25-ci tura start verilib. Almaniyada yerli “Alba” “Valensiya”nı qəbul edib. Pley-in zonasına düşmək uğrunda mübarizə aparan ispanlar autsayderlə oyunu qələbə ilə tamamlayıblar – 81:66.

İspaniyanın digər komandası üçün də gün uğurlu olub. “Baskoniya” doğma arenada “Makkabi”ni 92:82 hesabı ilə məğlubiyyətə uğradıb. Qonaqların üzvü Bolduin 25 xal toplayıb.

Almaniyanın digər təmsilçisi “Bayern” Yunanıstanın “Olimpiakos” komandasını qəbul edib. Münhendə keçirilən oyunda qonaqlar qalib gəliblər – 76:72. Çempionatın lideri “Real” autsayderlərdən biri “Asvel”i qəbul edib. Madriddəki oyun 86:79 hesabı ilə ispanların qələbəsi ilə başa çatıb. Ehtiyat basketbolçu Abusele 26 xal toplamaqla madridlilərin qələbəsində ən böyük paya sahib olub.

25 turda 22 qələbə qazanan “Real” çempionata başçılıq edir. Onlar ən yaxın izləyicilərini 7 qələbə qabaqlayırlar.

Shares: