“Düzünü desəm, birinci hissədə uğursuz olduq, ikinci hissədə yaxşı cavab verdik, iki qol vurduq.  Ona görə də ikinci oyunda oynamaq daha asan olacaq”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Sumqayıt”ın hücumçusu Erik Sorqa deyib.

Estoniyalı forvard Azərbaycan kubokunun ¼ final mərhələsində “Neftçi”yə 2:3 hesabı ilə məğlub olduqları matçdan danışıb: “İlk hissədə qol vəziyyətləri yaratmadıq, ona görə də qol vura bilmədik. Biz daha çox epizodlar üzərində işləməliyik və qol epizodları yaratmalıyıq. Əgər ikinci hissədəki kimi yaxşı, aqressiv oynasaq və daha çox şans yaratsaq, növbəti mərhələyə çıxmaq şansımız yüksək olacaq”.

Sorqa “Neftçi” ilə ardıcıl 3 oyun keçirmələrindən də danışıb: “Neftçi” ilə ardıcıl 3 oyun, əlbəttə ki, çətindir.  Amma bu haqda çox şey deyə bilmərəm, çünki bu, məşqçinin bizi taktiki cəhətdən necə hazırlamasından asılı olacaq, ona görə də “Neftçi” bizim onlara qarşı bu oyunları necə oynayacağımızı bilməyəcək”.

Shares: