Konnor Makdevid Torontoda keçirilən MHL All-Star həftəsində yarışmanın qalibi olub.

“Edmonton Oylers”in kapitanı mükafat olaraq 1 milyon dollar qazanıb.

Qeyd edək ki, bu il şounun formatı dəyişdirilib. Hokkeyçilər çoxnövçülükdə mübarizə aparıblar. Bu mübarizədə 12 nəfər iştirak edib.

Birinci mərhələdə hər bir oyunçu 6 yarışdan 4-də çıxış edib. Hər bir yarışda birinci yer üçün 5, ikinci yer üçün 4 və buna müvafiq xallar verilib.

Birinci mərhələdən sonra ilk 8 yeri tutan oyunçular bullitdə qapıçılarla yarışıb. Ən yaxşı 6 oyunçu daha sonra ilk beşlikdə yer almaq üçün mübarizə aparıb. Bu mərhələdə xallar ikiyə vurulub.
Makdevid 4 yarışda (sürətli qaçış, klyuşka ilə davranış, zərbə dəqiqliyi və maneəli mərhələ) qalib gələrək 25 xal toplayıb.
Kolorado komandasının müdafiəçisi Keyl Makar 20 xalla ikinci yeri tutub. O, ən güclü zərbə yarışında qalib gəlib.

2024 MHL All-Star yarışı

  1. Konnor Makdevid (Edmonton) – 25 xal.
  2. Keyl Makar (Kolorado) – 20.
  3. Oston Metyus (Toronto) – 18.
  4. Vilyam Nülander (Toronto) – 16.
  5. Metyu Barzal (Aylenders) – 13,5.
  6. JT Miller (Vankuver) – 12.
  7. Elias Pettersson (Vankuver) – 10.
  8. Natan MakKinnon (Kolorado) – 7.
    9-10. David Pastrnak (Boston), Leon Draisaitl (Edmonton) – hərəyə 4,5.
  9. Kuinn Hyus (Vankuver) – 4.
  10. Nikita Kuçerov (Tampa) – 0,5.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp