İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 21-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Səbail” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilib.

“Səbail” – “Qarabağ” oyununun 66-cı dəqiqəsində “Qarabağ” klubunun 5 nömrəli futbolçusu Maksim Medvedev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Qarabağ” klubu 500 manat cərimə edilib.

“Sabah” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib.

“Sabah” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşlərinin oturduğu sektorda sındırılmış 6 ədəd oturacaqla bağlı stadiona dəymiş zərər “Turan Tovuz” klubu tərəfindən qarşılanacaq.

Shares: