Kolumbiya millisinin futbolçusu Xames Rodriges “San-Paulu”dan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Braziliya klubunun baş məşqçisi Tiaqo Karpini məlumat verib.

32 yaşlı oyunçu ötən ilin iyulundan “San-Paulu”da oynayırdı. O, sözügedən klubda 14 matçda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Shares: