Türkiyədə qış “transfer pəncərəsi” bağlanıb.

Futbolinfo.az xəbər verir ki, mövsümün ikinci yarısı üçün mavi kart və əcnəbi limitinə düşən futbolçular təsdiqlənib.

Türkdilli ölkələrin futbolçularının çıxış etdiyi mavi kart limitinə 7 oyunçu salınıb. Onlardan ikisi isə Azərbaycan millisinin üzvləridir. Belə ki, qapıçı Şahruddin Məhəmmədəliyev “Adana Dəmirspor”da, Renat Dadaşov isə “Hatayspor”da mövsümün ikinci dövrəsini də yerli oyunçu statusunda keçirəcək.

Onlarla yanaşı, Özbəkistanın 2, Qazaxıstanın 1 futbolçusu mavi kartın üstünlüyündən yararlanacaq. İki oyunçu müvafiq olaraq, Avstriya və Almaniya vətəndaşı olsa da, Türkiyə əsilli olduğundan, yerli kimi çıxış edəcək.

Shares: