Afrika Millətlər Kubokunda final oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, həlledici matçda Nigeriya və Kot-d’İvuar milliləri qarşılaşıblar.
Görüş Kot-d’İvuarın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, ev sahibi Kot-d’İvuar tarixində üçüncü dəfə Afrika Kubokunu qazanıb. Milli daha əvvəl 1992 və 2015-ci illərdə turnirin qalibi olub.
2023-cü il Afrika Kubokunda üçüncü yeri bürünc medal uğrunda görüşdə Konqo DR-i məğlub edən (0:0, penaltilər 6:5) Cənubi Afrika millisi tutub.