Çexiyada keçirilən biatlon üzrə dünya çempionatında təqibetmə yarışları geridə qalıb. Qadınların mübarizəsində fransız Juliya Simon çempion olub. İtaliyalı Liza Vitossi 2-ci, digər fransalı Jüstin Breza-Buşe 3-cü yeri tutub.
Norveç milli komandası bu yarışda dünya çempionatları və Olimpiadalar tarixinin ən pis nəticəsini göstərib. Norveçlilər arasında ən yaxşı göstəriciyə malik İda Lyen finiş xəttini 30-cu keçib. O, çempiondan 4 dəqiqədən artıq geri qalıb. Bu günə qədər yalnız 4 dəfə norveç idmançısı ilk 10 yerdən birini tuta bilməmişdi.
Komandanın digər üzvləri – Yuni Arneklyöv 31-ci, İnqrid Tandrevold isə 34-cü nəticə göstərib. Karolin Knotten yarışı başa vura bilməyən yeganə iştirakçı olub.