MBA-da bu gecə keçirilən oyunlar arasında “Oklahoma-Siti Tanders”in evdə “Sakramento Kinqs”i məğlub etməsini qeyd etmək olar – 127:113. Oyunun ən məhsuldar basketbolçusu Şey Giljes Aleksander olub. Meydan sahiblərinin ulduzu görüşü 38 xalla tamamlayıb.
Qonaq komandada yenə də litvalı Domantas Sabonis fərqlənib. Mərkəz basketbolçusu oyun ərzində tripl-dab edib. O, 21 xaldan əlavə 11 ribaund və 14 asistlə yadda qalıb.
Hazırda Oklahoma komandası Qərb konfransında 3-cü pillədədir. Sakramento təmsilçisi isə 7-ci pillədə qərarlaşıb.
Digər oyunda çempionatın lideri “Boston Seltiks” qalib gəlib. Komanda Mayami komandasını səfərdə 110:106 hesabı ilə məğlubiyyətə uğradıb.
Görüşün ən məhsuldar oyunçusu 26 xal toplayan Ceyson Teytum olub. Bostonlu basketbolçu tripl-dabl etməyə yaxın olub. Lakin bunun üçün ona cəmi bir məhsuldar ötürmə çatmayıb. Latviyalı Porzingis 25 xalla oynayıb.