Çin təmsilçisi Pan Janle 100 metr məsafəyə sərbəst üsulla üzmədə 46,80 saniyə nəticə göstərərək dünya rekorduna imza atıb. Rekord Dohada keçirilən su idman növləri üzrə dünya çempionatının ilk günündə 4×100 metr estafet yarışında qeydə alınıb.
Kişilər
400 sərbəst üsul
Kim Umin (Cənubi Koreya) – 3,42,71
İlyas Vinninqton (Avstraliya) – 3:42,86
Lukas Martens (Almaniya) – 3,42,96
4×100 sərbəst üsul
Çin – 3.11.08
İtaliya – 3.12.08
ABŞ – 3.12.29
Qadınlar
400 sərbəst üsul
Erika Fayervezer (Yeni Zelandiya) – 3:59,44
Li Bingjie (Çin) – 4.01.62
İzabelle Qose (Almaniya) – 4.02.39
4×100 sərbəst üsul
Hollandiya – 3.36.61
Avstraliya – 3.36.93
Kanada – 3.37.95