Milli Basketbol Assosasiyasında keçirilən görüşlərdən birində çox nadir hadisə baş verib. Ötən yay draftının 1 nömrəsi seçilən Viktor Vembanyama demək olar ki, kvadrupl-dabl edib.

Gənc fransalı basketbolçu “Toronto Reptors”la səfər qarşılaşmasında 27 xal toplamaqla yanaşı, 14 ribaund və 10 blok-şot edib. Vembanyamanın aktivində həmçinin 5 asist də var. Beləliklə də, “San-Antonio Spörs”ün yeni ulduzu çox nadir hallarda baş verən göstəricilərdən birinə imza atıb. 122:99 hesabı ilə qalib gələn qonaq komandanın türkiyəli basketbolçusu Cedi Osman 6 xal toplayıb.

Digər 9 oyun arasında “Miluoki Baks”ın son çempionu məğlub etməsini önə çəkmək olar. Yannis Antetokumbo oyunda 36 xal toplayıb. Qonaq komandanın serb ulduzu Yokiçin aktivində isə 29 xal var.

Qərb konfransında “Qolden Steyt Vorriors”un uğurlu seriyası davam edir. Bu dəfə onlar səfərdə “Yuta Caz”ı məğlubiyyətə uğradıblar. Eyni divizionda pley-inə düşmək uğrunda mübarizə aparan “Hyuston Rokets” ardıcıl səfər məğlubiyyətlərindən sonra evdə qələbə qazanıb. Gərgin keçən qarılaşmada texaslılar “Nyu-York Niks”i 105:103 hesabı ilə məğlub ediblər. Alperen Şengün üçün oyun elə də uğurlu alınmayıb. O, görüşü 18 xalla tamamlayıb.

Shares: