Polşanın LKS klubunun baş məşqçisi Pyotr Stokovets Ekstraklasanın 20-ci turunda “Korona”ya 1:2 hesabı ilə uduzduqları səfər oyunundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis yenilgiyə baxmayaraq, iki oyunçudan razılıq bildirib. Onun məmnun qaldığı oyunçulardan biri də yeni transfer etdikləri Rahil Məmmədovdur: “Rahil Məmmədov və Hüseyn Baliçin keyfiyyətindən razı qaldım. Onlar öz səviyyələrini ortaya qoydular. Ancaq nəticə məni məyus etdi. Halbuki komanda meydana qələbə əzmi ilə çıxmışdı. Bizim üçün ağır məğlubiyyət oldu. Bundan nəticə çıxarmağa çalışacağıq və mübarizəni davam etdirəcəyik”.

Qeyd edək ki, LKS hazırda 10 xalla sonuncu pillədə qərarlaşır. Lodz klubu elitada qalmağı təmin edən 15-ci yerdəki “Korona”dan 11 xal geri qalır.

Shares: