Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanmış Azərbaycan çempionu “Qarabağ” da Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşıb.
Bu komandalar arasındakı ilk oyun Braqa şəhərində baş tutub. 1/8 finala vəsiqə qazanmaq iddiasında olan “Qarabağ” səfərdən sərfəli nəticə ilə dönməyə çalışıb. Altı qolluq qarşılaşma məhz Azərbaycan çempionunun inamlı qələbəsiylə yekunlaşıb.
“Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.
Avropa Liqası
Pley-offun ilk oyunu
15 fevral
“Braqa” – “Qarabağ” 2:4
Qollar: Simon Banza, 44. Joao Moutinyo, 90+1-pen. – Marko Yankoviç, 21-pen. Abdullah Zubir, 54; 69. Olavio Juninyo, 65.
Baş hakim: Morten Knoq (Danimarka).
Braqa. “Estadio Munisipal”.
Braqa: 1. Mateus, 2. Viktor Qomes, 4. Siku Niakate, 9. Abel Ruis (k), 14. Alvaro Djalo, 15. Paulo Oliveyra, 16. Rodriqo Salasar, 18. Vitor Karvalyo, 23. Simon Banza, 26. Kristian Borxa, 28. Joao Moutinyo.
Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukaş Horniçek, 5. Sərdar Saatçı, 6. Xose Fonte, 10. Şer Ndur, 11. Rocer Fernandes, 17. Yosafat Mendes, 20. Roni Lopes, 22. Pissi, 55. Çissumba, 59. Yan Said, 90. Djibril Sumare.
Baş məşqçi: Artur Jorje.
Qarabağ: 99. Andrey Lunyov, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 44. Elvin Cəfərquliyev. 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 65. Patrik Andrade, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.