“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir mövsümün sonunda komandasını dəyişmək istəyir.

Futbolinfo.az məşhur “Sun” nəşrinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasının son müqaviləsini böyük futbol ölkələrindən bir klubla bağlamaq arzusundadır.

Bu səbəbdən onun yayda Azərbaycan çempionu ilə yeni sözləşmə bağlamaq təklifini qəbul etməyəcəyi bildirilir. Hazırda “Seltik” və “Auqsburq” kimi klublar 32 yaşlı hücumameyilli oyunçunun xidmətində maraqlıdırlar. Bu adlar Zubir üçün olduqca cəlbedici görünür və futbolçunun yeni çağırışa hazır olduğu vurğulanır.

Məqalədə qeyd olunub ki, “Qarabağ” rəhbərliyi də aparıcı oyunçusunun komandada qalmasına çox ümid bəsləmir. 2013-14 mövsümündə “Hibernian”ın formasını geyinən oyunçu yenidən Şotlandiya Premyer Liqasında çıxış etməyə müsbət yanaşır. Bu səbəbdən “Seltik” bu mübarizədə favorit hesab olunur.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”da oynayır.

Shares: