AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 23-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sabah” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilib.
“Sumqayıt” – “Turan Tovuz” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.
“Sumqayıt” – “Turan Tovuz” oyununun 2-ci hissəsi “Sumqayıt” klubunun meydançaya gec daxil olması səbəbindən 4 dəqiqə gec başladığı üçün “Sumqayıt” klubu 1500 manat cərimə edilib.