AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqanın 23-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail-2” – “Araz-Naxçıvan-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.
“Səbail-2” – “Araz-Naxçıvan-2” oyununun 90+1-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 87 nömrəli futbolçusu Nihad Əmrahzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilib.
“Qəbələ-2” – “Qarabağ-2” oyununun 90+4-cü dəqiqəsində “Qarabağ-2” komandasının 92 nömrəli futbolçusu İbrahim Camalov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Qarabağ-2” komandası 150 manat cərimə edilib.
“Neftçi-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilib.