Ton Kroos qərarını dəyişib. Təcrübəli yarımmüdafiəçi Almaniya millisinə qayıdır.
Futbolinfo.az xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi 3 il öncə Bundestimdəki çıxışını başa vurmuş, Dünya Çempionatına yollanmamışdı. Yeni baş məşqçi Yulian Naqelsmann isə onu fikrindən daşındıra bilib. Kroos növbəti Avropa Çempionatının final mərhələsində çıxış edəcək.
Toni deyib: “Məşqçi məndən əhvalımın necə olduğunu soruşdu. O, qitə çempionatında xüsusi birşeylər edə biləcəyimizə əmindir. Mən də bu üzdən belə qərar verdim. Mart ayından etibarən yenidən millidə oynayacam. Səbəbi odur ki, baş məşqçi bunu məndən xahiş edib. İnanıram ki, komandamız çox güclüdür və Avropa çempionatında hər kəsin gözlədiyindən daha yaxşı nəticə göstərə bilər”.
Yarımmüdafiəçi 11 il ərzində milli komandanın şərəfini qoruyub. Bu müddət ərzində o, 106 oyunda meydana çıxaraq 17 qol vurub. Oyunçu 2014-cü ildə dünya çempionluğunu qazanıb.
Bu qərardan sonra “Real” rəhbərliyi də yeni müqavilə bağlamaq üçün ümidlənib. Mövsüm bitdikdə karyerasını başa vurmağ düşünən Kroos yəqin ki, Madriddə yola davam etməyə də qərar verəcək.