“Zirə”nin hücumçusu Rafael Utziqin futbolinfo.az saytına müsahibəsi

– 10 oyundan sonra komandanız nəhayət ki, çempionatda qələbə qazandı…

– Çox yaxşı qələbə idi. Komanda olaraq öz oyunumuzu ortaya qoyduq, meydanda istədiyimiz kimi çıxış etdik. Nəticəsi də göz önündədir. Aktivimizə həm 3 xal, həm də böyükhesablı qələbə yazdıq.

– Bu qalibiyyətin sizin üçün əhəmiyyəti nədir?

– Komandanın çempionatda özünəinamının tam qayıtması üçün vacib qələbə idi. Düşünürəm ki, bizə çox kömək edəcək.

– Komandanızın bu mövsüm ən çox qol vurduğu oyun idi…

– Qələbə qələbədir, nə qədər qol vurmağın əhəmiyyəti yoxdur. Hər kəs meydandan 3 xalla ayrılmaq üçün oynayır. Amma təbii ki, komanda daha çox qol vuranda buna sevinirsən. Bu cür oynamaq onu göstərir ki, biz doğru yoldayıq. Bu cür də davam etməliyik.

– “Zirə”yə gəldikdən sonra çempionatda ilk qolunu vurdun. Bu, sənə motivasiya verəcək?

– “Zirə”də ikinci, Premyer Liqada isə ilk qolumdur. Hər zaman qol vurmaq istəyirəm, bu, mənim işimdir. Mövsümün sonuna qədər çox fərqlənəcəyimə inanıram. Bu, özüm üçün yox, komandanın uğurları üçün vacibdir.

– Komandanız çempionata yaxşı başlamışdı, hətta bir ara lider idi. İndi isə 4-cü pillədəsiz. Səncə, mövsümkü hədəfinizə çata biləcəksiz?

– “Zirə”nin məqsədi yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Mövsümün sonuna qədər hədəflərimiz üçün “döyüşəcəyik”.

– Qarşıda “Turan Tovuz”la ağır matç var…

– Evdə, doğma azarkeşlərimiz önündə vacib oyun keçirəcəyik. Düşünürəm ki, gücümüzü, oyunumuzu ortaya qoyub qalib gələ bilərik.

FƏRİD

Shares: