Rusiya mətbuatı ölkə xaricində fəaliyyət göstərən məşqçiləri ilə bağlı yazı dərc edib. Yerli KİV uğursuz mütəxəssislərini araşdırıb.

Futbolinfo.az xəbər verir ki, onlar arasında yanvarın sonlarında “Sabah”dan ayrılan Murad Musayev də var. Bildirilib ki, gənc çalışdırıcı “Sabah”la uğursuz mövsüm keçirdiyi üçün Premyer Liqanın 20-ci turundan sonra vəzifəsindən ayrılıb.

“Rusiyalı məşqçilər son vaxtlar xarici çempionatlarda daha çox işlərini itirirlər. Stanislav Çerçesov “Ferensvaroş”dan (Macarıstan), Aleksandr Kerjakov “Spartak”dan (Serbiya), Dmitri Çerışev “Santa Koloma”dan (Andorra) ayrıldı. İki məşqçi də keçmiş SSRİ ölkələrində uğursuzluğa düçar oldu. İqor Çerevçenko “İstiqlol”dan (Tacikistan), Murad Musayev “Sabah”dan (Azərbaycan) getməli oldu”, – deyə yazıda vurğulanıb.

Qeyd edək ki, “Sabah” Murad Musayevin rəhbərliyi altında ötən mövsüm Premyer Liqanın gümüş medalını qazanıb. Cari çempionatda isə onun işi uğursuz alındı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp