İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” 700 manat cərimə edilib.
“Kəpəz” – “Qəbələ” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə, və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qəbələ” klubuna xəbərdarlıq edilib.
“Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz” klubunun azarkeşi tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.
“Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilib.
“Turan Tovuz” – “Neftçi” oyununda qonaq komandanın azarkeşlərinin olduğu sektorda sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödəniləcək.
“Səbail” – “Sabah” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilib.