Martın 1-də Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- 1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi
- 2. Digər məsələlər
Xatırladaq ki, “Futbolinfo” İK-nın iclasının günü ilə bağlı hələ ötən gün məlumat vermişdi.