“Qəbələ” bu tur “Səbail”ə qalib gəlməsə, Premyer Liqada qalması çox çətin olacaq. Çünki ən yaxınlıqdakı komanda olan “Kəpəz” artıq 11 xallıq məsafə yarada bilib. Deməli, “qırmızı-qaralar”ın büdrəməyə haqqı yoxdur, hər tur əsas rəqibindən az xal toplamamalı, imkan olduqda daha artığını bacarmalıdırlar.

Gəncəlilər dünən Sumqayıtda çox vacib qələbə qazandı. Baş məşqçi Adil Şükürov Georgi Papunaşvilidən faydalanmağın yolunu tapıb onu liderə çevirincə komandada hər şey alınır. “Kəpəz”in bu üstünlüyü əldən verməsi inandırıcı deyil. “Qəbələ” indi ümidini daha çox Premyer Liqada komanda sayının artırılmasına bağlamalıdır. Əks halda, bökgə klubunun I Liqaya düşməsiniin qarşısını almaq olmayacaq. Aradakı fərq azaltmaq üçün “Kəpəz”in dayanması lazımdır, Şükürovun yetirmələri isə yaxşı futbol oynayır.

Samir Abasovun matçdan sonra dedikləri doğrudur. Amma azarkeşlər tribunaları Hissə görə doldurursa, deməli, oynanan futboldan məmnun deyillər. Onlar da gözəl anlayır ki, “Sumqayıt”ın 2-ci pillədə olması sərgilənən gözəl futbolun nəticəsi deyil. Komanda qısa müddət yaxşı seriya uaxaladı, rəqiblərin büdrəməsindən istifadə edib üst pillələrə qalxdı. “Kimyaçılar”ın oynadığı oyun isə yuxarılarda qalmaq üçün yetərli deyil. Və eniş artıq başlayıb.

“Sumqayıt”ın mövsümü orta pillələrdə başa vuracağı dəqiqdir. Avrokuboklara vəsiqə yalnız digər komandaların daha uğursuz çıxışı sayəsində mümkün ola bilər. “Kəpəz” isə arzusuna çatmaq üçün dayanmamalıdır. Gəncəlilər “Qəbələ”nin onlara çatmaması üçün hər matça final gözü ilə baxması şərtdir. “Qəbələ” isə…

FƏRİD

Shares: