Basketbol üzrə Avroliqa turnirində 27-ci tura yekun vurulub. Günün ilk qarşılaşması İstanbulda baş tutub. “Fənərbağça” doğma arenada “Baskoniya”nı qəbul edib.
Qonşu pillələrdə qərarlaşan iki komandanın görüşü çox məhsuldar alınıb. İtanbul təmsilçisi son periodda rəqibin müqavimətini qıraraq qələbə qazanıb – 111:96. Türkiyə millisinin üzvü Tarik Bibebroviç ardıcıl 5 dəqiq üçxallıq atışla diqqət çəkib.
“Jalgiris”in uğurlu seriyası qırılıb. Litva təmsilçisi evdə “Olimpiakos”a uduzub – 76:95. Burada 3-cü period həlledici olub. Qonaqların heyətində Vorkap 22 xal toplayıb.
Çempionatın autsayderlərindən biri “Asvel” evdə “Milan”a qalib gəlib. Bu məğlubiyyətlə italyanlar özlərini çətin vəziyyətə salıblar.
“Bayern” də evdə qələbə qazanıb. Münhen təmsilçisi “Srvena Zvezda”nı 74:66 hesabı ilə üstələyib.
Əsas gözlənilməz nəticələrdən biri Barselonada qeydə alınıb. Adətən səfərdə zəif təsir bağışlayan “Monako” Kataloniyada qalib gəlib – 77:67.