“Xəzri”nin baş məşqçisi Murat Dikmen basketbol üzrə Azərbaycan Kubokunda “Xırdalan”a 75:64 hesabı ilə qalib gəldikləri A qrupunun oyunu barədə danışıb.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis çempionatda da lider olduqlarını xatırladıb:

“Kubokda yarımfinala çıxmışıq, bunların heç biri təsadüf deyil. Hamısını çox və doğru çalışaraq etmişik. Bütün rəhbərliyi, menecerləri, oyunçularımı, köməkçilərimi, azarkeşlərimizi təbrik edirəm. Bunu onlara hədiyyə edirik. Ümidvaram ki, kuboku qazanıb onlara daha dəyərli hədiyyə verərik. “Neftçi” ilə oyundan sonra yarımfinalda hansı komanda ilə oynayacağımız bəlli olacaq. Finala çıxaraq titulu qazana bilərik. Oranı da ayrıca düşünəcəyik”.

“Xırdalan”ın baş məşqçisi Uğur Özdemir rotasiya imkanlarının məhdud olduğunu vurğulayıb: “Oyunçularımız mübarizə aparmalarına baxmayaraq, son periodda çox yoruldular. Məhz bu dövrədə problem yaşadıq. Gözəl basketbol nümayiş etdirdik. Lakin son peridodda həm biz öz oyunumuzda konsentrasiyanı itirdik, həm də bəzi fərqli məqamlar nəticəyə təsir etdi. Bu fərqli məqamları artıq 2 oyundur ki, yaşayırıq. Kubok estafetini özümüz üçün bitmiş hesab edirik. Çempionat oyunlarına köklənməyə çalışacağıq”.

Shares: