Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” bu turda “Girəsunspor”la qarşılaşıb.

Doğma meydanda baş tutan oyun “Boluspor”un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Vüsal bu matçın 88-ci dəqiqəsində meydana buraxılıb.

“Boluspor” bu nəticədən sonra 42 xalla 6-cı pillədə qərarlaşıb.

Shares: