Futbol üzrə Niderland birinci divizionunda 29-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Villem II” ilə qarşılaşıb və 0:3 hesabıyla məğlub olub.

Ozan da bu görüşün iştirakçısı olub və 90 dəqiqə oynayıb.

“Eyndhoven” hazırda 34 xalla 14-cü pillədə qərarlaşıb.

Shares: