2025-ci ildə Kanar adalarında WRC-nin mərhələsi keçiriləcək.

Kanar adalarında ilk dəfə mərhələ 1977-ci ildə təşkil edilib, 2016-cı ildən isə orada ERC çərçivəsində müntəzəm olaraq yarışlar keçirilir. Bu mərhələ ilə İspaniya 2022-ci ildə Kataloniya rallisinin ləğvindən sonra ralli yarışlarının təqvimində itirdiyi yeri geri qaytarıb.

Əlavə edək ki, sözləşmə iki illiyinə imzalanıb. Müqavilədə olan bəndə əsasən, tərəflər razılığı artıra bilərlər.

Shares: