İtaliya A Seriyasında 29-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu günə nəzərdə tutulan oyunlardan biri – “Atalanta” ilə “Fiorentina”nın qarşılaşması təxirə salınıb.

Buna Florensiya klubunun prezidenti Joe Baronenin oyundan bir neçə saat öncə səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilməsi səbəb olub.

“Yuventus” “Cenoa” ilə ev oyununda xal itirib. Lider “İnter” də son çempion “Napoli” ilə oyunda 1 xalla kifayətlənib.

“Roma” evdə “Sassuolo”ya, “Milan” səfərdə “Verona”ya qalib gəlib.

Hazırda 76 xala malik “İnter” vahid liderdir. “Milan” 62 xalla 2-ci, “Yuventus” 59 xalla 3-cü pillədə qərarlaşıb. “Bolonya”nın 54, “Roma”nın 51, “Atalanta”nın 47, “Napoli”nin 45, “Fiorentina” və “Latsio”nun 43 xalı var.

İtaliya A Seriyası
29-cu tur

15 mart

Empoli – Bolonya 0:1
Qol: Fabbian, 90+4.

16 mart

Montsa – Kalyari 1:0
Qol: Maldini, 41.

Udineze – Torino 0:2
Qollar: Sapata, 10. Vlaşiç, 53.

Salernitana – Leççe 0:1
Qol: Qyomber, 17-öz qapısına.

Frozinone – Latsio 2:3
Qollar: Lirola, 13. Şeddira, 70 – Zakkayni, 38. Kastelyanos, 57; 62.

17 mart

Yuventus – Cenoa 0:0

Verona – Milan 1:3
Qollar: Noslin, 64 – T.Ernandes, 44. Pulişiç, 50. Çukvueze, 79.

Roma – Sassuolo 1:0
Qol: Pelleqrini, 50.

İnter – Napoli 1:1
Qollar: Darmian, 43 – Juan Jezus, 81.

Atalanta – Fiorentina matçı təxirə salınıb

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp