AFFA-da islahat dalğası yalnız prezidentin və İcraiyyə Komitəsinin üzvlərinin əksəriyyətinin dəyişməsi ilə yekunlaşmayacaq. Sabah Növbəti Hesabat-Seçki Konfransı baş tutan kimi Elxan Məmmədovun kadrları ilə bağlı addımlar atılacaq. Fəaliyyətləri ilə ölkə futbolunun inkişafına deyil, yalnız öz maraqlarına xidmət edən bir çox şəxs postunu itirməli olacaq.

AFFA-nın yeni rəhbərliyi ilk olaraq komitə və federasiyalarda “təmizlik işi” aparacaq, bəzi faydasız qurumlar ləğv ediləcək, yeniləri yaradılacaq. İlkin siyahı hazırdır, Konfrans günü bəzi açıqlamaların veriləcəyi, daha sonra konkret addımlar atılacağı gözlənilir.

Dəyişikliklər Sahə Futbol Federasiyasında başlayacaq. İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov futboldan birdəfəlik getmək qərarı verib. O, özü kənara çəkilirsə, futzal, çimərlik futbolu və s. federasiyaların rəhbərliyi qovulacaq. Yola salınması planlaşdırılan Vaqif Sadıqov, Cavid Cəilov, Cahangir Həsənzadə, Yusif Vəliyev kimi elxansevərlərin ardınca növbə klublara çatacaq.

Əldə etdyimiz bilgiyə görə, məhz Məmmədov tərəfindən klublara yerləşdirilən bütün kadrlar kənara atılacaq. Sabiq vitse-prezidentin sevimlilərindən olan Riad Rəfiyev qovulacaq şəxslərin siyahısında birinci pillədədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp