“Zirə”yə gəlməyimdə əməyi olan kəslərə təşəkkür edirəm”. Bunu futbolinfo.az-a açıqlamasında “Zirə”nin yarımmüdafiəçisi Araz Abdullayev deyib.

O, Kosovonun “Lapi” klubundan ayrılaraq Azərbaycan təmsilçisinə keçməsindən danışıb: “Baş məşqşi Rəşad Sadıqova, köməkçisi Eltun Yaqubluya minnətdaram. İnamlarını doğrultmağa çalışacağam. Mənim bu durumumda yardım edənlərə mən də kömək etməyə səy göstərəcəm. Oynadığım futbolla və intizamımla onların inamını doğruldacam”.

Xatırladaq ki, Araz “Lapi”dən ayrıldıqdan sonra klubsuz qalmışdı. “Zirə” ona mövsümün sonuna kmi şans verəcək. Futbolçu özünü doğrultsa, yayda yeni müqavilə bağlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp