Milli komandamıza yeni baş məşqçini Elşad Nəsirov seçəcək. AFFA-da yaradılan İşçi Qrupun sədri olan bu şəxsə son şans verilib.
Futbolinfo.az xəbər verir ki, yeni rəhbərlik əvvəlki komandadan qalan vitse-prezidentə yalnız bu səlahiyyəti verib. Nəsirov növbəti dəfə milli komandaya baş məşqçi təyinatına cavabdeh şəxs olacaq. Seçim yenə yanlış olarsa və milli komandanın nəticələri yaxşılaşmazsa, Nəsirov birdə futbol idarəçiliyində söz sahibi ola bilməyəcək.
İndiyə qədər bütün seçimləri uğursuz olan Elşad bəyin yenidən əcnəbiyə üstünlük verəcəyi şübhə doğrumur. Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç və Canni de Byazi kimi bərbad nəticələrə imza atan legioner məşqçilərin siyahısının kiminlə genişlənəcəyi aprel ayı ərzində dəqiqləşməlidir.