Roberto de Zerbi iş yerini dəyişməyə tələsmir. “Brayton”un baş məşqçisi çoxsaylı təkliflərə rəğmən, indiki iş yerində qalmaq niyyətindədir.
Futbolinfo.az xəbər vverir ki, “Barselona”, “Liverpul” və “Bayern”in baş məşqçi postu yayda boşalacaq. İtaliyalı mütəxəssisin adı bu komandaların hamısı ilə yanaşı hallanır: “Brayton”un məşqçisi olmaqdan qürur duyuram. Bu oyunçularla, bu klubda çalışdığım üçün çox şanslıyam”.
De Zerbi müqaviləsinə sadiqdir: “Hazırda müqaviləm var və ona hörmət edirəm. Burada çox rahatam, heç bir problemim yoxdur”.
İkinci mövsümdür İngiltərə klubunda çalışan Robertonun müqaviləsi 2029-cı ilin yayında bitəcək. Anlaşmadakı bəndə görə, onu istəyən klublar 11 milyon avro təzminat ödəməlidir. Lakin bu şərt yalnız yay aylarında keçərlidir.